17.08.2022
15.08.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxana Avqust ayında yubileyləri olan görkəmli Azərbaycan yazıçıları- şairə Xurşidbanu Natəvanın-190, xalq şairi Mirvarid Dilbazinin-110 , şair,publisist Davud Nəsibin isə 80 illiyi münasibətilə “Avqust ayının yubilyarları” başlıqlı kitab sərgisi tərtib edib.
Xidmət şöbəsinin işçiləri sərgidə nümayiş olunan kitablar barədə oxuculara məlumat verdilər. Təşkil edilmiş sərgi geniş oxucu kütləsinin marağına səbəb oldu.